"Barselona" hazırda Primeronun ən yaxşı komandasıdır"

12:44 - 19 Fevral 2023

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Xavinin "Barselona"dakı fəaliyyətini yüksək qiymətləndirib.

Sportal.az xəbər verir ki, "AS" nəşrinə danışan argentinalı mütəxəssis Kataloniya klubunun oyun stilinin dəyişmədiyini bildirib: 

"Barselona" hazırda İspaniya Primerosunun ən yaxşı komandasıdır. Xavi çox aydın mesajlar verir. O, təmiz cinah yarımmüdafiəçisi ilə başlamışdı, indi üç hücumçu əvəzinə Qavi və ya Pedri kimi yarımmüdafiəçi ilə oynayır. Amma bunu çox gözəl bacarırlar. "Barselona"nın üslubu dəyişməyib. Ancaq Xavinin gəlişi ilə klubun mahiyyətini bərpa ediblər. Onlar müdafiədə xeyli təkmilləşiblər. Arauxo və Kristensen yaxşı oynayır".

Xəbər xətti