Anri: "Bundan sonra köməkçi məşqçi kimi çalışmaq istəmirəm"

13:24 - 19 Fevral 2023

"Arsenal"ın sabiq futbolçusu Tyerri Anri baş məşqçi kimi fəaliyyətini bərpa etmək istədiyini bildirib.

Sportal.az xəbər verir ki, “Sky Sport”a danışan fransalı köməkçi məşqçi kimi çalışmaq niyyətində olmadığını deyib: 

"Baş məşqçi kimi işə qayıtmaq istəyərdim? Əvvəla, burada televiziya verilişində bu barədə danışmaq çətindir. Roberto Martinez Portuqaliyaya baş məşqçi yollandı və onun arxasında getmək fikrində deyiləm. Bundan sonra köməkçi məşqçi kimi çalışmaq istəmirəm. Martinezə çox hörmətim var, heç kimin etmədiyi halda o, mənə fürsət vermişdi".

Xatırladaq ki, Anri “Monreal”ı çalışdırıb. 

Xəbər xətti