Türkiyə millisinin forvardı Sərdar Dursun bu mövsüm oynamaq şansı tapmadığına görə “Fənərbaxça”dan ayrılmaq istəyir.
Sportal.az “Fanatik”ə istinadən xəbər verir ki, 31 yaşlı hücumçunun Polşaya yollanacağı gözlənilir. Jorje Xesusun planlarına daxil olmayan Dursun “Rakov”a yollana bilər.
Polşalılar artıq Sərdar üçün rəsmi təklif irəli sürüb. Polşada “transfer pəncərəsi” fevralın 28-də başa çatacağından hazırda danışıqlar davam edir.