Superliqadan çəkilən klubdan daha bir legioner ayrıldı

13:57 - 19 Fevral 2023

"Hatayspor"dan daha bir futbolçu ayrılıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, adıçəkilən klubun aparıcı üzvü, Gürcüstan millisinin yarımmüdafiəçisi Saba Lobjanidze "Fatih Karagümrük" klubuna icarəyə verilib.

28 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər İstanbul təmsilçisinin oyunçusu olacaq.

Xatırladaq ki, Hataydakı zəlzələdən sonra yerli komanda iştirakını davam etdirə bilməyəcəyi üçün Superliqadan çəkilmişdi. Belədə, bütün futbolçular fərqli klublara keçməyə məcbur qalıb.

Lobjanidze “Dinamo”(Tbilisi) yetirməsidir. O, “Çixura”, “Randers”, “Ankaragücü”də oynadıqdan sonra 2021-ci ildə “Hatayspor”a keçmişdi.

Xəbər xətti