"İnter" Türkiyə millisinin üzvünün müqavilə müddətini artırmaq istəyir

14:51 - 19 Fevral 2023

"İnter"in baş direktoru Cüzeppe Marotta Hakan Çalhanoğlunun komandada qalıb-qalmayacağına aydınlıq gətirib.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, klub rəsmisi türkiyəli futbolçu ilə yeni müqavilə haqda danışıq apardıqlarını söyləyib:

"Hazırda onunla müqavilə müddətinin uzadılması üzərində işləyirik. Onun agentləri ilə danışıqlar aparırıq. Tərəflərin razılığa gələcəyi gözlənilir. Bu məsələdə pozitiv düşünürəm".

Hakanın “İnter”lə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Xəbər xətti