Mahir Emrelidən sonra mərakeşlini transfer etdilər

18:37 - 19 Fevral 2023

Azərbaycan milli komandasının forvardı Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" heyətini gücləndirib.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konya təmsilçisi "Hatayspor"un forvardı, "Trabzonspor" və "Fənərbaxça"nın transfer siyahısında yer almış Ayub El Kaabini transfer edib.

Mərakeşli hücumçu "Berkane", "Hebey Çina", "Vidad" klublarında oynadıqdan sonra 2021-ci ildə "Hatayspor"a keçmişdi.

 

Xəbər xətti