"Bavariya"nın hücumçusu Sadio Mane Almaniya klubunun azarkeşlərini sevindirib.
Sportal.az Münhen klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, seneqallı bu gün kollektivlə məşqlərini bərpa edib.
Mane 2022-ci ilin noyabrında zədələndiyinə görə Qətərdəki dünya çempionatını buraxmalı olmuşdu. Həmin ay 30 yaşlı forvard əməliyyat edilmişdi.
Seneqallı məşqə çıxarkən “hisslərim sadəcə fantastikdir" şərhini verib. Manenin fevralın 26-da “Union Berlin”lə keçiriləcək Bundesliqa oyununda iştirak edəcəyi gözlənilir.