Azərbaycan millisinin forvardı Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" İsveçrə çempionatında növbəti görüşünü keçirib.
Sportal.az xəbər verir ki, Dadaşovun komandası "Sürix"i qonaq edib. Bu matçda sevinən qonaqlar olub. Görüş "Sürix"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qrasshopper"in qolunu 30-cu dəqiqədə Renat Dadaşov vurub. O, meydana start heyətində çıxıb və 76-cı dəqiqədə əvəzlənib.
"Qrasshopper" 21 turdan sonra 24 xalla 7-ci pillədədir.