"Qarabağ"ın rəqibi evdə qalib gəldi

23:27 - 19 Fevral 2023

Belçika çempionatında 26-cı turun matçları oynanılıb.

Sportal.az Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a rəqib olan "Gent" "Leuven"i qəbul edib. Matç ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam klubunun rəqibi 42 xalla 5-ci pillədədir.

"Qarabağ" "Gent"i Bakıda 1:0 hesabı ilə məğlub edib. Tərəflər arasında cavab qarşılaşması fevralın 23-də Belçikada keçiriləcək. 

"Gent" - "Leuven" 2:0
Qollar
: Kuypers 49, Kums 73 

Xəbər xətti