"Əl-Nəsr" "Real"ın sabiq üzvü ilə danışıq aparır

10:00 - 20 Fevral 2023

"Olimpiakos"dan ayrılan Marselo Səudiyyə Ərəbistanın yolunu tuta bilər.

Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi "Əl-Nəsr"ə keçməyə hazırlaşır.

Ərəblər təcrübəli futbolçunu yola gətirmək üçün Kriştiano Ronaldonun onunla danışmasını xahiş ediblər.

Böyük ehtimalla yaxın günlərdə adıçəkilən futbolçu "Əl-Nəsr"lə rəsmi müqavilə imzalayacaq.

Xəbər xətti