"Turan Tovuz"dan ilklər

10:51 - 20 Fevral 2023

"Turan Tovuz" Misli Premyer Liqasının XXIII turunda ilklərə imza atıb.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda “Sabah”la səfər görüşündə 2:0 hesabı ilə qalib gəlib.

Tovuzlular ilk dəfə rəqib meydanında keçirdiyi Premyer Liqa matçında 2 qol vurub. Bunadək səfərdə birdən çox qol vurmayan debütant səfərdə ən böyük fərqli qələbəsini qazanıb. “Turan Tovuz” əvvəlki üç qələbəsini bir top fərqi ilə əldə edib.

​Tovuzlular həm də ilk dəfə ardıcıl iki səfər görüşündə qalib gəlib. Qərblilər fevralın 6-da “Şamaxı”nı bir qolla üstələyib. Klub debüt mövsümünün əvvəlki qarşılaşmalarında belə seriyaya imza atmayıb.

Xəbər xətti