"Bavariya" "Real"ın yarımmüdafiəçisi Daniel Sebalyosu transfer etməkdə maraqlıdır.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Münhen təmsilçisi 26 yaşlı ispaniyalını yay "transfer pəncərəsi"ndə heyətinə qatmaq niyyətindədir.
Mövsümün sonunda Sebalyosun "Real"la müqaviləsi başa çatır.
Ona görə də İspaniya millisinin üzvü "Bavariya"ya azad agent kimi keçəcək.