"Yuventus"un Avropa Liqasında irələmək üçün yaxşı şansı var"

13:36 - 20 Fevral 2023

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Avropa Liqasında irəliləmək üçün komandasının yaxşı şansı olduğunu bildirib.

Sportal.az "DAZN"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis Avropa Liqasının 1/16 finalında "Nant"la cavab oyunundan gözləntilərini bölüşüb:

"Nant"la ilk oyunda çoxlu qol imkanlarımız olsa da, sonda əks-hücumdan sonra qol buraxdıq. Qarşıda bizi final gözləyir. "Yuventus"un Avropa Liqasında irələmək üçün yaxşı şansı var. Lakin bunun asan olmayacağını başa düşürük".

​Xatırladaq ki, Turində keçirilmiş ilk görüş 1:1 hesabı ilə başa çatıb. Cavab qarşılaşması fevralın 23-də Fransada baş tutacaq.

Xəbər xətti