"Real"ın yarımmüdafiəçisi Luka Modriç Çempionlar Liqasının 1/8 finalında qarşılaşacaqları "Liverpul"la oyundan gözləntilərini bölüşüb.
Sportal.az xəbər verir ki, “Mirror”a danışan xorvatiyalı rəqibin İngiltərə Premyer Liqasındakı vəziyyətini də şərh edib:
"Liverpul"un Premyer Liqada ilk pillələrdən bu qədər geri qalması məni təəccülbəndirir. Onların heyətinə nəzər salsanız, başa düşmək olar ki, bu komanda hər an vəziyyəti dəyişə və sıçrayış edə bilər. Ümid edirəm ki, bu, “Real”la matçlarda baş verməyəcək. Bununla belə, biz hər şeyə hazırıq".
Xatırladaq ki, "Liverpul" - "Real" matçı fevralın 22-də İngiltərədə keçiriləcək və Bakı vaxtı ilə 00:00-da baş tutacaq.