"Real"ın iki futbolçusu Çempionlar Liqasının 1/8 final mərhələsinin "Liverpul"la ilk oyununu buraxmalı olacaq.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Toni Kroos və Orelyen Çuameni zədə səbəbindən İngiltərəyə aparılmayıb.
Heyətə isə 23 oyunçu cəlb edilib.
"Kral klubu” bu görüşdə Kərim Benzemanın xidmətindən istifadə edə biləcək. Fransalı İspaniya çempionatının 22-ci turunun "Osasuna" ilə görüşündə zədə səbəbindən meydana çıxmamışdı.
Xatırladaq ki, "Liverpul" - "Real" görüşü fevralın 22-də Bakı vaxtı ilə 00:00-da oynanılacaq.