"Tez-tez oynayırıq, ona görə çox yorğunuq"

15:12 - 20 Fevral 2023

"Barselona"nın baş məşqçisi Xavi İspaniya Primerosunun 22-ci turunun “Kadis”lə (2:0) görüşündə qazanılan qələbəni şərh edib.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin çalışdırıcısı tez-tez oynadıqlarından gileylənib:

"Birinci hissə çox yaxşı keçdi. Fasilədən sonra isə sanki dayandıq. Amma bu da təbiidir. Biz çox tez-tez oynayırıq, ona görə çox yorğunuq. Amma qalib gəlməyi bacardıq və qol buraxmadıq. Serxi Robertoya gəlincə, o, müxtəlif mövqelərdə oynamağı bacarır. Bu da baş məşqçi üçün əladır. Tez-tez oynamayanlar özlərini yaxşı tərəfdən göstərdi. Erik Qarsiya da çox yaxşı oynadı".

 

Xəbər xətti