Basketbol üzrə Azərbaycan kubokunun keçirilmə tarixi bəlli olub.
Sportal.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşlər 21 - 26 martda "Sərhədçi" İdman Mərkəzində oynanılacaq.
İki qrupda ümumilikdə 8 komandanın iştirakı ilə keçiriləcək kubok matçları dairəvi sistemdə keçiriləcək. Qruplarda ilk iki yeri tutmuş kollektivlər yarımfinala vəsiqə qazanacaqlar. Final qarşılaşması isə martın 26-da keçiriləcək.
Püşkatma mərasimi fevralın 21-də baş tutacaq.