"Borussiya" ciddi itki ilə üzləşib.
Sportal.az "TMW" portalına istinadən xəbər verir ki, Dortmund klubunun hücumçusu Kərim Adeyemi "Herta" ilə matçda sıradan çıxıb.
O, bud əzələsini zədələyib.
21 yaşlı forvardın Çempionlar Liqasının 1/8 final mərhələsinin "Çelsi" ilə cavab oyunu buraxmaq riski yüksəkdir.
Xatırladaq ki, ilk görüşdə Adeyeminin vurduğu yeganə qolla “Borussiya” 1:0 qalib gəlmişdi.