Mahir Emrelinin komandası mərakeşli hücumçu transfer edir

20:41 - 20 Fevral 2023

Türkiyənin "Konyaspor" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirəcək.

 

Sportal.az xəbər verir ki, "ağ-yaşıllar" zəlzələ səbəbindən Super Liqada iştirakını dayandıran "Hatayspor"dan Ayub El Kaabini transfer edəcək. Türkiyə mətbuatının yazdığına görə, konyalılar 29 yaşlı hücumçu ilə razılıq əldə edib. Transferin qısa zaman ərzində rəsmiləşəcəyi gözlənilir.

 

Ayub El Kaabi 2021-ci ilin yayından "Hatayspor"da çıxış edir. Mərakeşli futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 21 rəsmi matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, "Konyaspor" Zaqreb "Dinamo"sundan azarbaycanlı hücumçu Mahir Emrelini mövsümün sonuna kimi icarəyə götürüb.

Xəbər xətti