Türkiyənin "Qalatasaray" klubu xeyriyyə turniri təşkil edəcək.
Sportal.az xəbər verir ki, turnirdə "sarı-qırmızılar"la yanaşı "Adana Demirspor", "İstanbulspor" və "Eyüpspor" klubları iştirak edəcək. Bütün qarşılaşmalar "Qalatasaray"ın ev oyunlarını keçirdiyi "NEF Stadionu"nda baş tutacaq.
Turnirdən əldə olunacaq gəlirin hamısı Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara bağışlanacaq.
saytlarin hazirlanmasi