Cənubi Koreyanın "Tecon Xana Sitizen" klubununa transfer olan Anton Krivotsyuk təəssüratlarını bölüşüb.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan millimizin üzvü komanda üçün əlindən gələni edəcəyini deyib:
"Kollektivə gec qoşulduğum üçün komanda yoldaşlarımla aktiv ünsiyyət quraraq tez uyğunlaşmağa çalışacam. Komanda 8 ildən sonra Yüksək Liqaya yüksəlib. Bu ilin "Tecon Xana Sitizen" üçün vacib olduğunu bilirəm. Komandanı daha yüksək yerlərə aparmaq üçün əlimdən gələni edəcəm".
Qeyd edək ki, Anton Krivotsyuk "Tecon Xana Sitizen"ə Polşanın "Visla" (Plotsk" klubundan 600 min avroya transfer olunub.
saytlarin hazirlanmasi