Azərbaycan Kubokunun püşkü atıldı

12:59 - 21 Fevral 2023

Bu gün Azərbaycan Basketbol Federasiyasının inzibati binasında basketbol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib.

 

Sportal.az xəbər verir ki, 21-26 mart tarixləri aralığında “Sərhədçi” İdman Mərkəzində keçiriləcək Azərbaycan Kubokunda 8 komanda A və B qruplarında mübarizə aparacaqlar.

 

A qrupu: “Sabah BK”, “AAAF Xırdalan BK”, “Sərhədçi PİK”, “Gəncə BK”

 

B qrupu: “NTD BK”, “Zirvə Astara BK”, “Neftçi İK”, “Olimpik Şəki BK”

 

Qeyd edək ki, basketbol üzrə Azərbaycan Kubokunun reqlamentinə əsasən, oyun zamanı meydançada mütləq şəkildə 3 yerli basketbolçu olmalıdır.

Xəbər xətti