Premyer Liqa klubunun yeni baş məşqçisi bəlli oldu

16:44 - 21 Fevral 2023

İngiltərənin "Lids Yunayted" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisini Xavi Qrasiya çalışdıracaq. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. 52 yaşlı mütəxəssis danışıqlar aparmaq üçün "Elland Roud" stadionuna gedib.

 

İspan mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanacaq. Yaxın zaman ərzində rəsmi açıqlamanın ediləcəyi bildirilir.

 

Xavi Qrasiya son olaraq Qətərin "Əl-Sədd" klubunu çalışdırıb. "Lids Yunayted" müddət əvvəl Cessi Marşı istefaya göndərib.

Xəbər xətti