Futzal üzrə Polşa millisinin martın 3-də Ukrayna və DÇ-2024-ün seçmə mərhələsi çərçivəsində martın 7-də Azərbaycanla oyunları üçün heyəti bəlli olub.
Sportal.az xəbər verir ki, polşalıların baş məşqçisi Blajey Korçınski 14 oyunçunu milliyə cəlb edib.
Qapıçılar: Mixal Kaluja, Lukaş Blaşik
Meydan oyunçuları: Kşiştof Elsner, Remiqiuş Spıxalski, Patrik Xolı, Pavel Kanevski, Tomaş Krezel, Mateuş Madzenq, Kasper Sendelevski, Mixal Kubik, Sebastyan Leşak, Kamil Surmyak, Mikolay Zastavnik, Mateuş Mroveç