"Betis"in yarımmüdafiəçisi Nabil Fekir İngiltərəyə yollanacaq.
Sportal.az "CalcioMercato"ya istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi "Arsenal", "Mançester Yunayted" və "Nyukasl" klublarının transfer siyahısındadır. Artıq hər üç klub onun üçün "Betis"lə danışıqlara start verib.
2019-cu ildə "Lion"dan "Betis"ə keçmiş yarımmüdafiəçinin transfer qiyməti 30 milyon avrodur. Onun Sevilya klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.