"Visla" millimizin üzvü ilə sağollaşdı: "Hər şey üçün təşəkkür ediirk" - FOTO

17:55 - 21 Fevral 2023

Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivostyukun "Visla"dan ayrılaraq Cənubi Koreyanın "Tecon Hana Sitizen" klubuna keçməsi barədə xəbər vermişdik.

Sportal.az xəbər verir ki, Plotsk klubu rəsmi instaqram səhifəsində Krivostyukun Polşa çempionatında vurduğu qolun videosunu yerləşdirərək onunla sağollaşıb:

"Hər şey üçün bir daha təşəkkürlər Krivostyuk. Sənə Koreyada uğurlar arzulayırıq".

Xatırladaq ki, Anton Cənubi Koreya klubu ilə bu gün rəsmi müqavilə imzalayıb.

Mirbağırağa

Xəbər xətti