"Bayer" və İran millisinin hücumçusu Sərdar Azmun "Marsel"ə keçə bilərmiş.
Sportal.az xəbər verir ki, İran Futbol Federasiyasının rəsmi saytına danışan forvard Fransa klubuna keçidinin qış "transfer pəncərəsi" zamanı baş tutmaması haqda bu cür danışıb:
"Marsel"ə transferim demək olar ki, 100 faiz təsdiqlənmişdi. Ancaq son anda hər şey yarımçıq qaldı. Hətta Fransa klubundakı forma nömrəmi də seçmişdim. Ancaq sonda Leverkuzendə qalası oldum".
28 yaşlı forvard “Rubin”, “Rostov”, “Zenit”də oynadıqdan sonra 2022-ci ildə “Bayer”ə (Leverkuzen) keçmişdi.
saytlarin hazirlanmasi