İraq millisi Rusiya ilə yoldaşlıq görüşü keçirə bilər.
Sportal.az "Iraqi News"a istinadən xəbər verir ki, İraq Futbol Federasiyası Rusiya, Boliviya və Özbəkistan Futbol Federasiyalarına martda Bağdadda yoldaşlıq matçı keçirməyi təklif edib.
İraqlılar üç federasiyaya dəvət göndərsə də, onlar martın 25-də həmin ölkələrdən yalnız biri ilə oynamağı planlaşdırılır. İraq Futbol Federasiyası rusların martın sonlarında İranla qarşılaşacağını nəzərə alaraq, onlara dəvət göndərib.
Xatırladaq ki, ötən ildən başlayaraq Rusiya Ukraynaya hərbi təcavüz etdiyinə görə, həm milli, həm də klubları beynəlxalq turnirlərdən uzaqlaşdırılmışdı. Əksər yığmalar Rusiya ilə qarşılaşmaq istəmədiyindən, Valeri Karpinin komandası son olaraq Qırğızıstan (2:1), Tacikistan (0:0) və Özbəkistanla (0:0) oynaya bilmişdi.