Xviça Kvaradona ləqəbi haqda: "İlk vaxtlar buna necə reaksiya verəcəyimi bilmirdim"

19:29 - 21 Fevral 2023

"Napoli"nin və Gürcüstan millisinin hücumçusu Xviça Kvaratsxeliya İtaliya klubuna keçidini şərh edib. 

Sportal.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan gürcü A seriyasının lider komandasında oynadığına görə xoşbəxt olduğunu dilə gətirib:

"Buna inanmaq çətin idi. Çünki mən təkcə Çempionlar Liqasında deyil, həm də A Seriyasının iddialı klubunda oynayacaqdım. Hər şey yuxu kimi görünürdü. Amma hər şeyi təhlil edib fərqli səviyyədə oynayacağımı anlayanda başa düşdüm ki, matçlara fərqli hazırlaşmalıyam. Düşünürəm ki, yaxşı iş görmüşəm və hər şeyə kifayət qədər tez uyğunlaşdım".

Xviça "Napoli" azarkeşlərinin klubun əfsanəsi Dieqo Maradonanın şərəfinə ona verilən Kvaradona ləqəbinə münasibət bildirib: "Əvvəlcə bu inanılmaz görünürdü, axı mənim adımı futbol əfsanəsi ilə birləşdirmişdilər. Mən bunu heç gözləmirdim, amma məhz bu məsələ mənə böyük təkan verdi. İlk vaxtlar buna necə reaksiya verəcəyimi bilmirdim. Yavaş-yavaş öyrəşirəm və Maradona kimi futbolçu ilə müqayisə olunmaqdan çox məmnunam. Bu, inanılmazdır".

Kvaratsxeliya bu mövsüm bütün turnirlərdə 24 oyunda meydana çıxıb və 12 qol vurub, 14 assist edib. Onun “Napoli” ilə müqaviləsi 2027-ci ilə qədərdir. 

Xəbər xətti