UEFA nümayəndəsi, 2017-2018-ci illərdə "Neftçi"nin prezidenti kimi çalışmış Orxan Hüseynzadə yeni təyinat alıb.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Avropa Liqası turnirinin play-off mərhələsinin cavab oyunları çərçivəsində fevralın 23-də, İtaliyanın paytaxtı Roma şəhərindəki “Olimpiko” stadionunda keçiriləcək “Roma” (İtaliya) – “Zalsburq” (Avstriya) oyununun UEFA nümayəndəsi Orxan Hüseynzadə olacaq.
Bu klubların Avstriyada keçirilmiş ilk görüşündə "Zalsburq" 1:0 qalib gəlmişdi.