Azərbaycan millisinin forvardı Mahir Emreli "Konyaspor"da debüt edib.
Sportal.az xəbər verir ki, forvard "Afyonspor"a qarşı keçirilmiş yoxlama görüşündə start heyətində meydana çıxıb. Emreli fasilədə əvəzlənib. Görüş "Konyaspor"un 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu matçdan əldə olunmuş gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün ayrılmış quruma göndəriləcək.
Xatırladaq ki, Emreli "Dinamo"dan "Konyaspor"a altı aylıq icarəyə verilib.