PSJ-dən "Mançester Siti"yə

21:17 - 21 Fevral 2023

PSJ-nin futbolçusu Neymar karyerasını Premyer Liqada davam etdirə bilər.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, parislilər braziliyalını "Mançester Siti"yə təklif edib.

Transferin 70-80 milyon funt sterlinqə baş tutacağı gözlənilir.

Neymarın “şəhərlilər”lə müqavilə imzalamasına yalnız yüksək maaşı ola mane ola bilər. 

Əgər maaş məsələsində ortaq məxrəcə gəlinsə, Braziliya millisinin üzvü yayda Mançesterin yolunu tutacaq. 

Xəbər xətti