“Qalatasaray” daha bir transferi həyata keçirməyi planlaşdırır.
Sportal.az “Fanatik”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi PAOK-un yarımmüdafiəçisi Yannis Konstantelias üçün hərəkətə keçib.
Türkiyə nəhəngi 19 yaşlı yunanıstanlı futbolçu üçün qarşı tərəfə 6 milyon avro təklif edib. Yannis bu mövsüm Yunanıstan çempionatında 18 matçda meydana çıxıb, 1 qol vurub 5 assist edib.
PAOK yetirməsi olan yarımmüdafiəçi 2022-ci ili “Eupen”də icarə əsasında keçirib.
