"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Liverpul" üzərində 5:2 hesablı qələbədən sonra komandasının inanılmaz olduğunu deyib.
Sportal.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan italiyalı məşqçi "Liverpul"la görüşdə hesabda geriyə düşdüyü anda ötən mövsümkü "Mançester Siti" ilə oyunu xatırladığını deyib:
"Belə qələbələri əldə etmək asan deyil. Matçın bizim üçün necə başladığını gördünüz. Amma biz heç vaxt inamımızı itirmədik və yavaş-yavaş topa nəzarət etməyə başladıq. Ümumilikdə, komandamız inanılmaz performans göstərdi. Biz bu qarşıdurmanın yalnız ilk hissəsini oynadıq. İlk matçda uğur qazandıq, amma ikinci matça hazırlaşmaq və çox çalışmaq lazımdır.
Əlbəttə, bu cür başlayacağımızı özümüz də gözləmirdik. Hesab 0:2 olduqdan sonra keçən ilki “Mançester Siti” ilə səfər oyununu xatırladım. Eyni şeyi edə biləcəyimizə ümidliydim. Sonda daha da yaxşı oldu. Bizə sol cinahda problem yaratdılar, amma hücumlarda daha yaxşı oynamağa başlayanda Valverdeni bir az bu zonaya çəkdik, ondan sonra daha yaxşı müdafiə olunmağa başladıq. Məncə, Vinisius Junior hazırda dünyanın ən təhlükəli oyunçusudur. O, matçların nəticəsini daim həll edən şəxsdir".
saytlarin hazirlanmasi