"Barselona" baş məşqçisi Xaviyə yeni müqavilə təklif etməyi planlaşdırır.
Sportal.az “sport.es”ə istinadən xəbər verir ki, klubun direktoru Mateu Alemaninin bildirdiyinə görə, rəhbərlik komandanın çıxışından və oyunundan razıdır.
Məhz buna görə də, Kataloniya klubunun rəhbərliyi Xaviyə yeni müqavilə təklif edəcək.