Avstriya millisinin müdafiəçisi David Alaba AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiriləcək (24 mart) oyunu buraxa bilər.
Sportal.az "OON"a istinadən xəbər verir ki, buna səbəb futbolçunun Çempionlar Liqasının 1/8 final mərhələsinin "Liverpul"a qarşı dünənki ilk oyununda (5:2) aldığı zədədir.
Avstriya millisinin kapitanı artıq 27-ci dəqiqədə zədələnərək meydanı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalıb. Onun Azərbaycanla oyuna qədər zədəsini sağalacağı çətin olacağı gözlənilir. (O.N.)