Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Real"a ikinci qolu vuran (2:5) "Liverpul"un misirli hücumçusu Məhəmməd Salah İngiltərə klubunun avrokuboklardakı bombardiri olub.
Sportal.az "Opta"ya istinadən xəbər verir ki, Salah "Liverpul"un heyətində avrokuboklarda 42 qol vuraraq keçmiş kapitan Stiven Cerrardın 41 qolluq rekordunu geridə qoyub.
Həmçinin misirli afrikalı futbolçular arasında Çempionlar Liqasının bombardiri siyahısında Didye Droqbaya çatıb.
Salah və Droqba 44 qolla birinci yerdədirlər.