Konfrans Liqasının pley-off mərhələsinin "Gent" - "Qarabağ" matçına Belçikada maraq azdır.
Sportal.az "Het Nieuwsblad" portalına istinadən xəbər verir ki, oyuna bir gün qalmasına baxmayaraq satışa çıxarılan 20 min biletdən yalnız 9 mini satılıb.
Yəni Gentdəki "Gelamko Arena"da tribunaların yarıdan çoxu hələ boşdur. Halbuki biletlər kifayət qədər uzun müddətdir satışdadır. Belçika mətbuatı oyuna marağın az olmasınının səbəbini matçın həftəiçi başlama saatı ilə əlaqələndirib.
“Gent” – “Qarabağ” matçı fevralın 23-də adıçəkilən stadionda keçiriləcək və yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) başlayacaq.