PSJ "Liverpul"un əfsanəsinə tapşırıla bilər

12:59 - 22 Fevral 2023

"Liverpul"un veteran futbolçusu, "Reyncers" və "Aston Villa"nın keçmiş baş məşqçisi Stiven Cerrard Fransada işləyə bilər.

Sportal.az "Scottish Daily Express"ə istinadən xəbər verir ki, gənc mütəxəssis PSJ-ni çalışdırmağa yaxındır.

Fransa klubunun rəhbərliyi Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Bavariya"ya məğlubiyyətdən (0:1) sonra hazırkı baş məşqçi Kristof Qaltyedən narazılıq bildirib. Fransa nəhəngi onunla mövsümün sonunda yollarını ayırmağı planlaşdırır.

Paris klubunun rəhbərliyi üçün əsas namizəd Cerrarddır.  

 

Xəbər xətti