"Liverpul" italiyalını baş məşqçi postuna gətirəcək

13:17 - 22 Fevral 2023

"Napoli"nin baş məşqçisi Luçano Spaletti "Liverpul"da Yurgen Kloppun yerinə əsas namizədlərdən hesab olunur.

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 2015-ci ildən Mersisayd klubunu çalışdıran almaniyalının müqaviləsi 2026-cı ilə qədərdir. 

Klub rəhbərliyi 2022/2023 mövsümü başa çatdıqdan sonra baş məşqçi postunda dəyişiklik etməyi planlaşdırır.

Luçano Spaletti "Napoli"ni çempion etdikdən sonra İngiltərəyə yollanmağa hazır olacaq. 

Xəbər xətti