"Məncə, Ançelotti hər şeyin artıq həll olunduğunu düşünür"

14:14 - 22 Fevral 2023

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Real"a evdəki 2:5 hesablı məğlubiyyətini şərh edib. 

Sportal.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan almaniyalı mütəxəssis komandasının yalnız ilk yarıda istənilən futbolu nümayiş etdirdiyini bildirib:

"Əla başlamışdıq. Əsl “Liverpul” kimi idik. Mükəmməl, tam istədiyimiz kimi oynayırdıq. Buraxılan qollar istisna olmaqla, ilk hissə yaxşı keçdi. İlk qolda bir az passiv idik. Buraxdığımız ikinci qolu isə sadəcə kobud səhv kimi qələmə vermək olar. 

Əks-hücumlarda əla oynayan komandaya qarşı bu cür çıxış etmək doğru deyil. Əvvəlki oyunumuza qayıda bilmədik. Bütün 95 dəqiqədə ilk yarıdakı kimi oynamalı idik. Biz Madridə uğurlu nəticə ardınca gedəcəyik. gedib futbol oynayacağıq. Bu, böyük sınaq olacaq, amma ilk növbədə biz Premyer Liqada oynamalıyıq və bu oyundan dərs çıxarmalıyıq. Məncə, Karlo Ançelotti hər şeyin artıq həll olunduğunu düşünür. Düzünü desəm, hazırda mən də belə düşünürəm. Ancaq üç həftə hər şey dəyişə bilər. Biz ora qələbə üçün yollanacağıq".

Xəbər xətti