"Turan Tovuz" "Zirə" matçına itki ilə çıxacaq

14:30 - 22 Fevral 2023

Misli Premyer Liqasının 24-cü turunda "Turan Tovuz" "Zirə"ni qəbul edəcək.

Sportal.az xəbər verir ki, qərb təmsilçisi bu oyuna itkilərlə çıxacaq.

Belə ki, ötən tur "Sabah"la görüşdə sarı vərəqə alaraq cəzalı duruma düşən Piruzi Marakvelidze iki gün sonra keçiriləcək matçda meydana çıxmayacaq. Ehtiram Şahverdiyev isə zədə səbəbindən bu matçda oynamayacaq.
 

Xəbər xətti