PSJ-nin futbolçusu Lionel Messi cari mövsümün sonunda "Barselona"ya qayıda bilər.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, futbolçunun atası və agenti Xorxe Messi kataloniyalıların prezidenti Joan Laporta ilə, Lionelin özü isə komandanın baş məşqçisi Xavi ilə əlaqə saxlayıb.
İndidən transferin baş tutub-tutmayacağını demək çətindir.
Amma tərəflər artıq danışıqlara başlayıb. Messi 2021-ci ildə “Barselona”nı PSJ-yə dəyişib.