"Fənərbaxça" məşhur futbolçunu transfer etmək istəyir

16:44 - 22 Fevral 2023

Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Vulverhempton"un yarımmüdafiəçisi Adama Traore ilə maraqlanır. Türkiyədə transfer pəncərəsi 5 mart tarixinə qədər uzadıldığı üçün "sarı-lacivərtlilər" bu keçidi tamamlamaqda israrlıdır.

 

27 yaşlı vingerin klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. Bunu düşünən "Fənərbaxça" ispaniyalı futbolçunu uyğun qıymətə heyətinə qatacağına inanır. Super Liqa təmsilçisi artıq Traorenin klubu ilə danışıqlara başlayıb.

 

Qeyd edək ki, Adama Traore "Vulverhempton"a 2018-ci ilin yayında "Mddlzbro"dan transfer olunub. O, cari mövsümdə Premyer Liqa klubunun heyətində meydana çıxdığı 26 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti