Azərbaycan çempionatı matçını əcnəbi idarə hakim edəcək

18:26 - 22 Fevral 2023

Futzal üzrə Yüksək Liqada XIV turun oyunlarına təyinatlar açıqlanıb.

 

Sportal.az xəbər verir ki, turun ikinci oyununa əcnəbi hakimlər təyinat alıblar. Belə ki, ölkəmizdə FİFA tərəfindən futzal hakimləri və hakim-inspektorları üçün təşkil edilən seminarda iştirak edən Səudiyyə Ərəbistanından olan iki hakim mübadilə proqramı əsasında Alyans – U-19 matçını idarə edəcək.

 

Mərkəzi matçda isə FİFA referiləri fitini səsləndirəcək.

 

Record club – Baku Fire

23 fevral. Olimpik Star. Saat 15:00

Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Məmmədəli Kərimov

Hakim-inspektor: Azad Hüseynov

 

Alyans – U-19

23 fevral. Olimpik Star. Saat 17:00

Hakimlər: Rayan Avad Alamri, Xalid Ahmed, Ramil Namazov

Hakim-inspektor:Elçin Səmədli

 

Araz-Naxçıvan – Neftçi İK

23 fevral. Olimpik Star. Saat 19:00

Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Anar Fərəcov

Hakim-inspektor: Mehman Mahmudov

Xəbər xətti