"Neftçi"dən "Səbail"ə 5 qol - VİDEO

19:20 - 22 Fevral 2023

Futbol üzrə Azərbaycan I Divizionunda XVII tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, bu gün "Neftçi-2" öz meydanında "Səbail-2"ni qəbul edib. Qarşılaşma "ağ-qaralar"ın 5:1 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 34-ə yüksəldən "Neftçi-2" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Səbail-2" isə 24 xalla 8-ci yerdədir.

 

"Neftçi-2" - "Səbail-2" - 5:1
Qollar: 
Hüseyn Babayev, 7, Ramin Nəsirli, 12 (pen.), Elcan Əbilov, 26, Aqşin Abazərov, 32, Vüsal Əsgərov, 41 - Ədilxan Qarəhmədov, 10 (pen.)

 

Xəbər xətti