Azərbaycan çempionatında 19-cu tur: Lider evdə uduzdu

22:25 - 22 Fevral 2023

Bu gün basketbol üzrə Azərbaycan çempionatında 19-cu tura start verilib.

Sportal.az xəbər verir ki, "Sərhədçi" evdə "AAAF Xırdalan"ı qəbul edib. Gərgin keçən görüşdə qonaqlar qalib gəlməyi bacarıb.

“Sərhədçi” – “AAAF Xırdalan” 66:73

Turun digər görüşləri isə 23, 25 və 26 fevral tarixlərində oynanılacaq.

“Sərhədçi” hazırda 32 xalla liderdir, “AAAF Xırdalan” isə 31 xalla üçüncüdür.

Xəbər xətti