Varan: "Barselona"ya qarşı cavab matçında intizamlı oynamalıyıq"

23:29 - 22 Fevral 2023

"Mançester Yunayted"in müdafiəçisi Rafael Varan Avropa Liqasının pley-off mərhələsinin "Barselona" ilə cavab oyunu öncəsi gözləntilərini bölüşüb.

Sportal.az xəbər verir ki, UEFA-ya açıqlama verən fransalı komandadakı xarakterdən danışıb:

"Məncə, "Barselona"ya qarşı ilk oyun çox yaxşı, yüksək səviyyəli keçmişdi. Meydanda yüksək təzyiq göstərmək istəyən iki hücumameyilli komanda var idi. Səviyyə yüksək oldu, nəticəni də yaxşı hesab etmək mümkündür. Daha çox qol vura bilərdik, amma sona qədər oynamışdıq. Cavab qarşılaşması da belə olacaq. Meydanda xarakter nümayiş etmişdik. Cavab qarşılaşmasında səbr və intizamlı oynamalıyıq. Biz cavab matçına da hazırıq".

 

Xəbər xətti