Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab görüşləri oynanılacaq.
Sportal.az xəbər verir ki, turnirin favoritlərindən olan "Mançester Yunayted" "Barselona"nı qəbul edəcək. Bu komandaların İspaniyadakı görüşü 2:2 hesabı ilə yekunlaşmışdı. Digər favoritlərdən olan "Yuventus" isə "Nant"ın qonağı olacaq. Turindəki matçda qalib müəyyənləşməmişdi.
Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunları
23 fevral
21:45 "Midtyüllan" (Danimarka) - "Sportinq" (Portuqaliya)
İlk matç: 1:1
21:45 "Nant" (Fransa) - "Yuventus" (İtaliya)
İlk oyun - 1:1
21:45 PSV (Niderland) - "Sevilya" (İspaniya)
İlk oyun - 0:3
21:45 "Monako" (Fransa) - "Bayer" (Leverkuzen, Almaniya)
İlk oyun - 3:2
00:00 "Mançester Yunayted" (İngiltərə) - "Barselona" (İspaniya)
İlk oyun - 2:2
00:00 "Union Berlin" (Almaniya) - Ayaks (Niderland)
İlk oyun - 0:0
00:00 "Roma" (İtaliya) - "Zalsburq" (Avstriya)
İlk oyun - 0:1
00:00 "Renn" (Fransa) - "Şaxtyor" (Ukrayna)
İlk oyun - 1:2