"Mançester Siti"nin yarımmüdafiəçisi Serxio Qomez "Sevilya"ya keçə bilər.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, adıçəkilən futbolçunun yayda İspaniya klubuna icarəyə yollanmaq ehtimalı yüksəkdir.
Hazırda Qomez "şəhərlilər"in heyətində çox da oyun təcrübəsi qazanmır. Buna görə də, onun gələcəkdə faydalı olacağına inanan "Mançester Siti" rəhbərliyi futbolçunun icarəyə yollanmasını məqsədəuyğun hesab edir. 22 yaşlı ispan bu mövsüm Premyer Liqada 100 dəqiqədən az oynayıb.
"Barselona" yetirməsi olan futbolçu "Borussiya"(Dortmund), "Ueska", "Anderlext"də oynadıqdan sonra 2022-ci ildə "Mançester Siti"yə keçib.